Londonun ICE birjasında Brent markalı neftin 2022-ci ilin may ayında çatdırılması üçün fyuçers müqaviləsinin qiyməti 13% azalaraq bir barel üçün 111 dollardan aşağı düşüb.Sahibkartv.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:10-a olan məlumata görə, Brent fyuçersləri bir barel üçün 110,93 dollar (-13,22%) təşkil edib.
WTI markalı neftin qiyməti isə 12,47% aşağı düşüb və bir bareli 108.27 dollara ticarət olunub.



































