19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
Rusiya və Ukrayna arasında baş verən hərbi əməliyyatlar birjada təkcə neft-qaz məhsullarına deyil, eləcə də qızılın qiymətinə təsir göstərir. Qızılın qiymətinin qalxması zərgərlik məmulatlarının qiymətinə necə təsir edib və bu sahədə ölkəmizdə vəziyyət necədir?
“Report”un mövzu ilə bağlı suallarını cavablandıran Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib ki, həqiqətən də Ukraynada baş verənlərin fonunda yaşanan böhranla əlaqədar xam qızılın qiyməti son iki həftədə hissedilən dərəcədə qalxıb:
“Dünən xam qızılın bir qramının qiyməti 66 ABŞ dollara qədər qalxmışdı. İki həftə öncə isə bu qiymət 60-61 ABŞ dolları civarında idi. Sözsüz ki, bu hazırlanan zərgərlik məmulatlarının qiymətinə böyük təsir göstərir. Çünki bu məmulatlarda qiymət əsasən xammaldan asılıdır.
Başqa bir təsir isə Rusiyadan Azərbaycana kifayət qədər zərgərlik məmulatlarının idxal olması ilə bağlıdır. Doğrudur, bu əməliyyatlar zamanı yerli valyutadan (rubldan) istifadə olunduğu üçün təsir o qədər də hiss olunmur. Amma böhranın sürəcəyi dövrdən asılı olaraq təsirin səviyyəsi də dəyişə bilər”.
Qarşıdakı 1-2 ay ərzində dəqiq söz deməyin mümkün olacağını açıqlayan T.Abbasquliyev hazırda Azərbaycanda qızıl bazarında hökm sürən vəziyyətə də aydınlıq gətirib:
“Bazara nəzər salsaq, qiymətlərlə bağlı belə bir bölgü görə bilərik: konkret brend altında istehsal olunan məhsulların qiyməti dəyişilməz qalır, topdan alınan qızıl məmulatlarının qiyməti isə birjaya uyğun olaraq formalaşır. 60-66 ABŞ dolları arasındakı fərq pərakəndə qiymətə təsirsiz ötüşə bilməz”.
Zərgər Camal Qasımlı da hazırda qızıl bazarında qiymətlərin yüksəldiyini deyib:
“Təxminən, 3-4 gün olar ki, qiymətlər artmağa başlayıb. Qızılın qramında 3-4 manat, yəni 2 ABŞ dolları artım baş verib. Hələlik zərgərlik məmulatlarında qiymətlər eyni qalıb. Əvvəl qızılın bir qramını 85 manata satırdıqsa, indi onun dəyəri 90 manata kimi qalxıb. Amma onu hələlik 85 manata satırıq. Yəni bazar qiymətləri stabil olaraq qalır. Amma qızılın qiyməti çox qalxarsa, biz də o qiymətlə satmağa məcbur olacağıq.
Bazarda qızılın qramının qiyməti hər gün 0,60-0,90 manat qalxır”.
Qeyd edək ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0, 99 %, yaxud 20,25 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 2 063,55 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 1,28 % artaraq, 1 unsiyası 27,24 ABŞ dolları təşkil edib.
Rusiya və Ukrayna ətrafında cərəyan edən hadisələr fonunda investorların qızılın da daxil olduğu etibarlı aktivlərə maraq göstərməsi tələbi dəstəkləyir. Bu şəraitdə qızıl artıcıl 5 ticarət sessiyası ərzində 7 %-dən çox bahalaşıb.
Bölməyə aid digər xəbərlər