22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Bolqarıstanın turizm naziri Xristo Prodanov aprelin 8-10-da Bakıda keçiriləcək Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AITF-2022) iştirak etmək niyyətindədir.
Bu barədə SAHIBKARTV.az-a Bolqarıstanın Turizm Nazirliyindən məlumat verilib.
“Bolqarıstanın turizm naziri Xristo Prodanov Bakıda keçiriləcək Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AITF-2022) iştirak etmək niyyətindədir. Ümid edirik ki, COVID-19 ilə bağlı məhdudiyyətlər tədbirin keçirilməsinə mane olmayacaq. Təəssüf ki, 2020 və 2021-ci illərdə pandemiya səbəbindən AITF keçirilmədi. Bu səbəbdən, bu il belə bir imkan yaranarsa, bu, turizmin bərpası üçün yaxşı başlanğıc olacaq”, - nazirlikdən deyilib.
Nazirlikdən bildirilib ki, Bolqarıstan və Azərbaycanı bir-birinə ənənəvi yaxşı münasibətlər bağlayır: "Son illərdə aktivləşən siyasi və iqtisadi dialoq isə hər iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək istiqamətində daha bir addım atmaq istəyini nümayiş etdirir ki, turizm də, şübhəsiz ki, həmin sahələrdən biridir. Turizm münasibətlərinin gələcək inkişaf istiqaməti qabaqcıl təcrübə mübadiləsi, iki ölkənin turizm sahəsindəki rəsmi şəxsləri, elmi və biznes dairələri arasında əməkdaşlığın təşviqi və genişləndirilməsinin yeni üsulları ilə əlaqəli olmalıdır”.
Nazirlik Bakıda 2019-cu ildə keçirilmiş AITF sərgisini xatırladaraq, həmin vaxt Bolqarıstanın stendinə yaxınlaşan şəxslərin spa və sağlamlaşdırma turizmi imkanlarına, həmçinin Bolqarıstan şəhərlərinə turların keçirilməsinə böyük maraq göstərdiklərini vurğulayıb.
“Bu yaxınlarda Bolqarıstanın turizm naziri Xristo Prodanov və Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov arasında görüş keçirildi. Görüş zamanı yaxın gələcəkdə epidemioloji vəziyyət imkan verəcəyi təqdirdə ikitərəfli biznes forumun keçirilməsi imkanları müzakirə olunub. Əsas məqsədlərimizindən biri iki ölkənin turizm biznesi arasında əlaqələrin təşviqidir ki, bu da öz növbəsində turizm mübadiləsinə öz töhfəsini verəcək. Hesab edirik ki, həm Bolqarıstan, həm də Azərbaycan yüksək keyfiyyətli turizm məhsullarının şaxələndirilməsi baxımından çox şeylər təklif edə bilər”, - nazirlikdən diqqətə çatdırılıb.
Bölməyə aid digər xəbərlər