Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın maliyyə sektoru ötən il aktivlərini 15% artırıb

Baxış: 293
Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri 52,6 milyard manat təşkil edib.
Hökumətin hesabatında bildirilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,6% çoxdur.
Hesabat tarixinə sektorun aktivlərinin 73,1%-i banklarda cəmləşib. Bu nisbət 1 il bundan əvvəl 69,9% olub. Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının payı 27,1%-dən 24,2%-ə, sığorta şirkətlərinin payı 2,9%-dən 2,5%-ə düşüb, əvəzində investisiya şirkətlərinin payı 0,1%-dən 0,2%-ə çatıb.
Hökumət BOKT-ların aktivlərdəki payının yüksək olmasını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-a ötürülməsi ilə izah edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.