Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropada qazın qiyməti 27,6% artıb

Baxış: 294
Avropada birjada hərracların açılışında qazın qiyməti 27,6% artaraq 1000 kubmetr üçün yenidən 3200 dollardan yuxarı qalxıb.
Sahibkartv.az London Fond Birjasının məlumatına istinadən xəbər verir ki, aprel fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 3277,5 dollara yüksəlib (MVt üçün 290 avro).
Bazar ertəsi Avropada qazın qiyməti ilk dəfə olaraq 79% artaraq 1000 kubmetr üçün təxminən 3900 dollara çatımış, sonra geriləmişdi.
Ümumilikdə, qazın birja kotirovkalarının artması ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlərin Rusiyanın bir sıra hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiyini elan etməsi fonunda müşahidə olunur. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.