Sahibkartv.az xəbər verir ki, Bakı vaxtı ilə saat 12:00-da qızıl 1% bahalaşma ilə 2018 dollardan ticarət olunur.Qızıl ay "təhlükəsiz liman" alışları iləa 5%-dən çox bahalaşaraq 18 ayın ən yüksək səviyyəsinə çatıb. Rusiyaya qarşı sanksiyalarla təchizat narahatlıqlarının artması neft, buğda və nikel kimi bir çox mallarda kəskin bahalaşmalara səbəb olub.
"Goldman Sachs Group" geosiyasi risklər, investorların və Mərkəzi Bankların qızıl tələbinin artması səbəbindən qızılın 3 aylıq qiymət proqnozunu 1950 dollardan 2300 dollara yüksəldib.



































