Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Aktivlərindən ən yaxşı istifadə edən banklar - ARAŞDIRMA

Baxış: 412
Azərbaycanda fəaliyyət göstərən 26 bank ötən ili 609 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 38  milyard 462,2 milyon manat məbləğində aktivlərin 1,6%-i qədərdir
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2021-ci ildən mənfəətlə çıxmış 23 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 4,6%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" aktivlərinin məbləğinə görə ölkədə 14-cüdür.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri isə “AFB Bank” ASC tutub. Bu bank ötən il aktivlərinin 3,4%-i qədər mənfəət əldə edib. Bu arada, "AFB Bank" aktivlərinin məbləğinə görə, 26 bank arasında 21-ci yerdə qərarlaşıb.
3-cü yerə isə “Kapital Bank" ASC sahib çıxıb. Bu bankın illik mənfəəti aktivlərinin 2,7%-i qədər olub. Halbuki, "Kapital Bank" aktivlərinin məbləğinə görə, banklar arasında 2-cidir.
Mənfəətlə işləyən qalan 20 bankdan isə 2-də sözügedən göstərici 2,2%, 7 bankda 1-2% arasında, 11 bankda isə 0-1% arasında dəyişir. 
Bankın adıBankın illik
mənfəətinin /zərərinin
aktivlərinə nisbəti
1Bank of Baku4,6%
2AFB Bank3,4%
3Kapital Bank2,7%
4Express Bank2,2%
5Yelo Bank2,2%
6Azərbaycan Beynəlxalq Bankı1,8%
7Bank VTB Azərbaycan1,8%
8Naxçıvan Bank1,8%
9Zıraat Bank Azərbaycan1,8%
10Bank Respublika1,6%
11PAŞA Bank1,4%
12Xalq Bank1,2%
13Bank Avrasiya0,5%
14Unibank0,5%
15Azərbaycan Sənaye Bankı0,3%
16Premium Bank0,3%
17Rabitəbank0,3%
18Bank BTB0,2%
19Günay Bank0,2%
20Muğan Bank0,2%
21Access Bank0,1%
22Azər-Türk Bank0,1%
23Turan Bank0,1%
24Yapı Kredi Bank Azərbaycan-0,2%
25İran Milli Bankı - Bakı-2,3%
26Pakistan Milli Bankı - Bakı-4,2%

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.