Brent markalı neftin qiyməti 2012-ci ilin martından bəri ilk dəfə bir barel üçün 128 dolları ötüb. Gecə Brent nefti 17,8% bahalaşma ilə 139 dolları da test edib.Bakı vaxtı ilə saat 03:02-də Brent markalı neftin bir barelinin qiyməti 17,8% bahalaşaraq 139 dolları görüb. Sonra qiymət bir qədər geriləyib.Sahibkartv.az xəbər verir ki, Bakı vaxtı ilə saat 06:07-də ICE London birjasında Brent markalı neftin 2022-ci ilin may ayında çatdırılma şərti ilə fyuçerslərinin qiyməti 9,03% arımla 128,78 dollar təşkil edib. Brent neftinin qiyməti sonuncu dəfə 2012-ci ilin martında 128 dollar/barel həddini keçib.
WTI markalı neftin fyuçerslərinin qiyməti 8,73% artaraq bir barelə görə 125,78 dollar olub.


































