Day, Month 00, Year
00: 00: 00 AM
İsrail 'səhvən' qınadı

10:39 / 16-09-2024

"Bizə mart ayında torpaq sahəsi ayrılacaq, 30 milyondan çox sərmayə yatıracağıq"

"Coca-Cola Azərbaycan" şirkətinə 2-ci zavodunu tikməsi üçün İsmayıllı rayonunda torpaq səhəsi bu ay ayrılacaq.
Sahibkartv-e xəbər verir ki, bunu jurnalistlərə "Coca-Cola Azərbaycan" şirkətinin baş direktoru Rəna Məmmədova bildirib.

Şirkətin baş direktoru qeyd edib ki, Azərbaycanda biznes üçün çox yaxşı şərait yaradıldığından rəhbərlik etdiyi şirkət müvəffəqiyyətlə fəaliyyət göstərir: 
"Şirkətimizin ikinci zavodunun qurulmasına ehtiyac var, çünki təlabatı ödəməyə məhullarımız çatmır. İsmayıllı rayonunda dövlətimizin, o cümlədən İqtisadiyyat Nazirliyinin və KOBİA-nın dəstəyilə bizə mart ayında torpaq sahəsi ayrılacaq. Biz də Azərbaycana söz verdiyimiz 30 milyon dollardan çox sərmayəni yatıracağıq və daha çox məhsullar istehsal edəcəyik". 
Rəna Məmmədova əlavə edib ki, indiyədək şirkət Azərbaycana vergilər daxil 500 milyon manatdan çox sərmayə yatırılıb. "Coca-Cola Azərbaycan"ının fəaliyyəti ölkədə 5000 iş yerinin açılmasına gətirib çıxarıb.
Vurğulanıb ki, hazırda "Coca-Cola Azərbaycan" 20 mindən çox satış nöqtəsilə əməkdaşlıq edir.


Tarix: 4-03-2022, 17:09 Oxunub: 180


Bölməyə aid digər xəbərlər