Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

YAP Sumqayıt təşkilatının sədri ictimaiyyətə təqdim edilib - FOTO

Baxış: 573
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynovun şəhər ictimaiyyətinə təqdimatı keçirilib.
Tədbirə başlamazdan əvvəl Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə birlikdə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, YAP-ın yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etdik, abidənin önünə güllər düzərək xatirəsini ehtiramla yad edilib.
Daha sonra Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında Ramiz Hüseynov idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələrinə təqdim edilib.
Keçirilən təqdimatda çıxış edərək  Ramiz Hüseynov Yeni Azərbaycan Partiyasının nəinki ölkəmizin, hətta regionun-Cənubi Qafqazın ən iri və sayca ən çox üzvü olan partiyası olduğunu və bu baxımdan üzərimizə gələcək nəsillərə sağlam cəmiyyətin ötürülməsi kimi mühüm vəzifənin düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Eyni zamanda partiyanın pandemiya dövrü aztəminatlı ailələrə göstərdiyi dəstək, həyata keçirdiyi maarifləndirici tədbirlərdən söz açılıb. Ölkəmizdə son illər həyata keçirilən islahatlar hakimiyyətin bütün sahələrində olduğu kimi hakim partiyanın işinə də öz töhfəsini verdiyini və bu baxımdan hər birimizin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə keçid aldığı qeyd edilib.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.