Brent markalı neftin qiyməti 2013-cü ilin avqustundan bəri ilk dəfə bir barel üçün 117 dolları keçib.Sahibkartv.az xəbər verir ki, Brent nefti təxminən 11,7% bahalaşaraq 117,38 dollara, ABŞ xam nefti (WT) isə 10,5% bahalaşaraq 114.33 dollara yüksəlib.Gecə Brent neftinin qiyməti 118,38 dolları test edib.






































