Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin fevral ayı ərzində Mərkəzi Bankda keçirilmiş valyuta hərracarında 371,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.Bu barədə Sahibkartv.az-a Fonddan bildirilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə, yanvar ayı ilə müqayisədə fevral ayında Fondun valyuta satışı 2 dəfə azalıb.





































