Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan 2021-ci ildə kartof ixracını 13,5% artırıb

Baxış: 280
2021-ci ildə Azərbaycan kartof ixracını 13,5% artırıb, idxal 2020-ci ildəki səviyyədə qalıb. Bu barədə hökumətdən məlumat verilib.
2021-ci ildə Azərbaycan 40 milyon 777 min dollar dəyərində (artım 18,6%) 92 min 343 ton kartof (artım 13,5%) ixrac edib.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Ötən il bu ölkəyə 38 milyon 477 min dollar dəyərində (artım 24,9%) 85 min 412 ton kartof (artım 23,3%) ixrac edilib. Hesabat dövründə Azərbaycandan kartof ixracının 92,5%-i RF-nin payına düşüb.
2021-ci ildə Azərbaycana 44 milyon 732 min dollar dəyərində (azalma 9,7%) 182 min 901 ton kartof (artım 0,1%) idxal edilib.
Azərbaycana kartofun əsas tədarükçüsü İran olub. Bu ölkədən 40 milyon 4 min dollar dəyərində 164 min 544 ton kartof idxal edilib.
2020-ci ildə Azərbaycan 33 milyon 786 min dollar dəyərində 81 min 388 ton kartof ixrac edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.