Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

DOCUMOOD platformasının təqdimatı keçirildi - Müqavilələr onlayn imzalanacaq

Baxış: 542
22 Fevral 2022-ci il tarixində Park Inn Hotel-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Startup Şəhadətnaməsi əldə etmiş “DOCUMOOD” platformasının təqdimatı keçirilib. 

Platforma müqavilə və digər əqdlərin imzalanması zamanı kağız daşıyıcılardan istifadənin azaldılması və bu sahədə elektron həllərin tətbiq edilməsi məqsədi ilə yaradılmışdır.
Qısaca, Documood.az müqavilələrin onlayn imzalanması üçün nəzərdə tutulub. İstifadəçilər “Gücləndirilmiş elektron imza” ilə daxil olaraq müqavilələri heç yerə getmədən rahatlıqla imzalaya biləcəklər.
Layihənin əsas öncəliyi isə şirkətlərin məxfiliyinin qorunmasıdır. Azərbaycana yenilik gətirən Documood platforması sayəsində sahibkarlar, mühasiblər,  hüquqşünaslar və digər aidiyyatı şəxslər kifayət qədər üstünlüklər əldə edirlər. Documood önümüzdəki aylarda durmadan öz funksionallıqlarını artırmağı və öz istifadəçilərinə daha çox fayda verməyi planlayır. 
Təqdimat günündə bir çox önəmli şəxslər, sahibkarlar və dövlət orqanlarının nümayəndələri iştirak etdilər.
Layihənin təqdimatında “Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası"nın vitse prezidenti cənab Vüqar Zeynalov və “Documood” layihəsinin rəhbəri Səbuhi Kazımzadəçıxış etdilər. Çıxışlardan sonra iştirakçılar platforma barədə onları maraqlandıran suallara cavab aldılar.
www.documood.az saytına daxil olaraq platformanın imkanlarından yararlana bilərsiniz. Yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkələrdə /documood.az izləyə bilərsiniz.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.