22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Mənbə: OPEC+ ölkələri aprel ayında hasilatın artım tempini sutkada 0,4 milyon barel səviyyəsində saxlaya bilər
Martın 2-də keçiriləcək OPEC+ nazirlərinin iclasının ən çox ehtimal olunan nəticəsi aprel ayında da neft hasilatını sutkada 400 min barel artırmağa davam etmək qərarı olaraq qalır.
Sahibkartv.az xəbər verir ki, bu barədə TASS-a nümayəndə heyətlərindən birindəki mənbə bildirib.
OPEC+ ölkələri 2020-ci ilin yazında görünməmiş hasilatın azaldılmasından sonra neft hasilatını tədricən bərpa edirlər. Beləliklə, 2021-ci ilin avqustundan onlar eyni tempə - hasilatın ayda gündəlik 400 min barel artırılmasına sadiq qalırlar. Bu tempin sentyabr ayına qədər saxlanacağı gözlənilir.
Nümayəndə heyətlərindən birindəki mənbə bildirib ki, OPEC+ texniki panelinin ekspertləri Ukraynadakı münaqişənin neft bazarına təsirini qiymətləndirməyib, yalnız fundamental amilləri müzakirə ediblər.
2022-ci ildə bazarın inkişafı üçün baza ssenarisində OPEC+ ekspertləri koronavirusla bağlı məhdudiyyətlərin yalnız yumşaldılacağını və ümumiyyətlə yenilərinin olmayacağını gözləyirlər. Bu səbəbdən də benzin və dizelə tələbat böhrandan əvvəlki səviyyəyə çatacaq. Baza ssenarisində neft profisiti proqnozu sutkada 0,2 milyon barel azaldılaraq 1,1 milyon barelə endirilib. Eyni zamanda, tələb artımı proqnozu sutkada 4,2 milyon barel səviyyəsində saxlanılıb.
Qrafikə əsasən, martın 2-si saat 16:00-da nazirlərin monitorinq komitəsinin, saat 17:00-da isə OPEC+ nazirlər konfransının iclası başlamalı, aprel ayı üçün neft hasilatının səviyyəsi ilə bağlı qərar qəbul edilməlidir.
Bölməyə aid digər xəbərlər