Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir: “Hər il 400-ə yaxın şəxs xaricdə təhsil ala biləcək” - CANLI YAYIM

Baxış: 263
“Dörd il ərzində hər il 400 nəfərə yaxın şəxs xaricdə təhsil ala biləcək”.
Sahibkartv.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün təsdiqlənən Dövlət Proqramı ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Nazir bildirib ki, 2 min nəfərədək şəxs qeyd edilən müddətdə təhsilini xaricdə davam etdirəcək:
“Ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək”.
O əlavə edib ki, tələbələrin xaricdə təhsil alması sentyabr ayından mümkün olacaq:
“Artıq tələbələr təhsil üçün müraciət edə bilərlər”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.