Xocalı soyqırımının 30-cu il dönümü ilə bağlı Şuşa şəhərində bu faciənin günahsız qurbanları anılıb.Sahibkartv.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və şəhər polis şöbəsinin rəhbərliyinin və şəxsi heyətinin qatıldığı 1 dəqiqəlik anım mərasimi şəhərin mərkəzi meydanında, yuxarı Gövhər Ağa məscidinin qarşında baş tutub.
Anım mərasiminə şəhərdə fəaliyyət göstərən bütün digər dövlət və özəl şirkətlərin rəhbərliyi də qatılıbdır.





































