Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mikro və kiçik sahibkarlar üçün mobil əlavə yaradılır

Baxış: 266
Dövlət Vergi Xidməti tərəfindən yaxın vaxtlarda istifadəyə veriləcək "E-taxes.gov.az" portalının mobil əlavəsi yaradılır.
Bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda qeyd olunan məsələyə dair sualı cavablandıran Dövlət Xidmətinin rəisinin müşaviri Sərxan Həşimov deyib.
Onun sözlərinə görə, portal vasitəsilə vergi ödəyicilərinə təqdim edilən bütün xidmətlərin mobil tətbiq üzərindən də göstərilməsi nəzərdə tutulub.
"Bu, ilk növbədə, fərdi, kiçik və mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulub. Onlara zəruri olan bütün xidmətlər bu mobil tətbiqdə öz əksini tapacaq", - deyə S. Həşimov qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.