Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının yeni rəhbəri təyin olunub

Baxış: 307
Beynəlxalq Valyuta Fondu (IMF) Çad Steynberqi (Chad Steinberg) Azərbaycan üzrə missiyasının rəhbəri təyin edib.
Bunu “Report”a IMF-nin Bakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.
“Onun təyinatı ilə bağlı Azərbaycan tərəfi ötən il məlumatlandırılıb, hal-hazırda Bakıya onun ilk tanışlıq səfəri təşkil olunub”, – deyə A.Qədirli dəqiqləşdirib ki,  Ç.Steynberq uzun müddətdir Valyuta Fondunda çalışır.
Ç.Steynberqin sələfi Natalia Tamirisa 2019-cu ilin yanvar ayından IMF-nin Azərbaycandakı missiyasına rəhbərlik edib.
A.Qədirli həmçinin bildirib ki, fevralın 21-dən 25-dək Bakıda olan Ç.Steynberq hökumətə IMF-nin Azərbaycan üzrə icraçı direktoru Petr Trabinski tərəfindən təqdim olunub. IMF-in missiyasına həmçinin Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Jiri Conas (Jiri Jonas) və Qustavo Ramires (Gustavo Ramirez) də daxildir. Maliyyə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikərində, Mərkəzi Bankda görüşlər keçirən missiya üzvləri həmçinin işğaldan azad olunmuş Ağdama da səfər ediblər. "Report"un məlumatına görə, qonaqlar Şuşaya da səfər edəcəklər.
Qeyd edək ki, 1992-ci ilin 18 sentyabr tarixindən üzvlüyünə qəbul olunduğu IMF-dən Azərbaycan 2006-cı ildən bu yana maliyyə vəsaiti cəlb etmir, tərəflər arasında əməkdaşlıq Fondun Nizamnaməsinin IV maddəsinə dair məsləhətlər və makroiqtisadi siyasətin başlıca istiqamətlərinə dair texniki dəstək missiyaları çərçivəsində həyata keçirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.