Müsabiqədə Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanı mövzusuna, dizaynına və təhlükəsizlik sistemlərinə görə “Dünyanın ən Yaxşı yeni Banknotu” tituluna layiq görülərək qalib seçilmişdir.
Xatırladırıq ki, yenilənmiş 50 manatlığın əsas mövzusu öz ərazi bütövlüyünü və suverenliyini tam təsdiq etmiş müstəqil Azərbaycana həsr olunmuş konsepsiya çərçivəsində təhsil və gələcəyimizin inkişafına hədəflənmişdir.
Bununla əlaqədar pul nişanının üzərində əsas dizayn elementləri kimi elm rəmzi olan təhsil ocağı, gələcəyin timsalı – gənclər, yüksəliş əlaməti – pillələr təsvir edilmişdir. Eyni zamanda, milli mədəniyyətimizin və incəsənətimizin ən qədim sənət nümunəsi kimi milli xalça naxışları və ornamentlər yüksək peşəkarlıqla əks olunmuşdur.
Yenilənmiş 50 manatlıq pul nişanı ən son texnoloji yenilikləri özündə əks etdirən mühafizə sistemləri ilə təchiz edilmişdir ki, bu da onun təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına imkan verir.
Hazırda yenilənmiş 50 manatlıq pul nişanı dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.






































