Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Maliyyə naziri məhsulların qiymətlərinin bahalaşmasından danışıb

Baxış: 224
Nazir: Əsas hədəflər dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına təzyiqinin azaldılması, əhalinin real gəlirləri və alıcılıq qabiliyyətinin qorunması, daxili istehsalın təşviq edilməsidir."Çevik və kompleks anti-inflyasiya proqramının qısamüddətli dövrdə inflyasiya amillərini nəzarətdə saxlamağa imkan verəcək"
Sahibkartv.az xəbər verir ki, bunu Fevralın 23–də Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2021-ci ilin dövlət büdcəsinin icrası və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov bildirib.
Nazir Samir Şərifov ötən il beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə artmasının qlobal bazarın ayrılmaz iştirakçısı olan ölkəmizə də sirayət etdiyini, bir sıra mal və xidmətlərin, ələxsus da ərzaq məhsullarının qiymətlərinin bahalaşdığını qeyd edərək hökumət tərəfindən anti-inflyasiya tədbirlərinin gücləndirildiyini bildirib.
Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, qiymət artımlarının ölkədə işgüzar fəallığa, əhalinin rifah və alıcılıq qabiliyyətinə mənfi təsirlərinin qarşısının alınması məqsədilə artıq Azərbaycan Respublikasında anti-inflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında Nazirlər Kabinetinin sərəncamı imzalanıb və müvafiq dövlət orqanları qarşısında ciddi vəzifələr qoyulub. Hazırda aparılan ardıcıl kompleks tədbirlərin əsas hədəfləri dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına təzyiqinin azaldılması, əhalinin real gəlirləri və alıcılıq qabiliyyətinin qorunması, daxili istehsalın təşviq edilməsidir. Çevik və kompleks anti-inflyasiya proqramının qısamüddətli dövrdə inflyasiya amillərini nəzarətdə saxlamağa imkan verəcəyini deyən Kollegiyanın sədri bu istiqamətdə Maliyyə Nazirliyi qarşısında qoyulan vəzifələrin icrasına dair aidiyəti struktur bölmələrə tapşırıqlar verib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.