“Azəri-Çıraq-Günəşli yatağının yeni ACE (Mərkəzi-Şərqi Azəri) platformasının tikintisi sona yaxınlaşır”.Bu barədə SOCAR-ın vitse-prezidentinin müavini və mətbuat katibi İbrahim Əhmədov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, SOCAR-ın AZFEN və “Bos Şelf” şirkətləri nəhəng platformanın üst hissəsini və dayaq blokunu inşa etməkdədir.
“Bu platforma ölkəmizin neft hasilatının sabitləşməsinə mühüm bir töhfə verəcək”, - deyə İ.Əhmədvov vurğulayıb.[video=]





































