Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya bankının rəhbəri İqtisadiyyat Nazirliyində olub

Baxış: 261
Görüşdə Rusiya şirkətlərinin Azərbaycana növbəti işgüzar missiyalarının təşkili, həmçinin Rusiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpası, enerji, dəmir yolu, əczaçılıq layihələrində iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.İqtisadiyyat naziri Mikayıl Cabbarov “Roseximbank”ın İdarə Heyətinin sədri Azər Talıbovla görüşüb.
Nairliyin yaydığı məlumata görə, Nazir iqtisadiyyatın Rusiya Federasiyası ilə əlaqələrin uğurlu inkişafını qeyd edib, iqtisadi potensialın daha geniş reallaşdırılması, ticarət və investisiya əlaqələrinin gücləndirilməsi baxımından maliyyə tərəfdaşlığının önəmini vurğulayıb.
Bildirilib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı regional əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradır.
İqtisadiyyat naziri Azərbaycan-Rusiya iqtisadi əməkadşlığında bank sektorunun rolunu qeyd edib, “Roseximbank”la əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
“Roseximbank”ın İdarə Heyətinin sədri Azər Talıbov rusiyalı sahibkarların Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda marağını ifadə edib, iş birliyinin iqtisadi əməkdaşlığa, biznesin canlanmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcəyini vurğulayıb.
Görüşdə Rusiya şirkətlərinin Azərbaycana növbəti işgüzar missiyalarının təşkili, həmçinin Rusiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpası, enerji, dəmir yolu, əczaçılıq layihələrində iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.