13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
14:22 / 20-11-2024
14:14 / 20-11-2024
13:07 / 20-11-2024
13:02 / 20-11-2024
Putinin Ukraynanın separatçı bölgələri ilə bağlı qərarı dünya bazarlarına zərbə vurub. Asiya bazarları kəskin düşüb, ABŞ fyuçersləri sürətlə geriləyiblər. Qızıl "təhlükəsiz sığınacaq" alışları ilə, neft isə təkliflə dair narahatlıqlar ilə bahalaşıb.Rusiya prezidenti Vladimir Putinin Ukraynanın separatçı bölgələri ilə bağlı qərarı qlobal bazarları sarsıdıb.
Sahibkartv.az xəbər verir ki, Asiya bazarlarında güclü satış dalğası, ABŞ fyuçerslərində ucuzlaşma müşahidə olunub. S&P 500 fyuçersləri 2%-ə yaxın, Nasdaq isə 2%-dən çox ucuzlaşıb.
Asiyada Honq Konq Hanq Senq indeksinin düşməsi 3 faizi keçib.
Qızıl və Yapon yeni "təhlükəsiz liman" alışları ilə yüksəlib. Qızılın qiyməti 1909 dollara çatıb.
ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi 1,85 faizə düşüb. Bloomberg dollar indeksi də 0,1 faiz artıb.
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində rusiyayönlü separatçıların qondarma hakimiyyətinin tanınması haqqında fərman imzalayıb.
Putin, Dövlət Dumasının Donbasda separatçıların qondarma hakimiyyətinin tanınması ilə bağlı çağırışına cavab vermək üçün təhlükəsizlik şurasının iclasından qısa müddət sonra televiziya ilə ictimaiyyətə müraciət edib. Putin çıxışında, Kiyev administrasiyasının Donbasda hərbi qərardan başqa heç bir qərarı tanımadığını qeyd edərək, “Bu kontekstdə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın "müstəqilliyini" tanımaq üçün çox gec də olsa bir qərar qəbul etməyi zəruri hesab edirəm" , - deyib.
Putin çıxışından sonra Kreml sarayında qondarma "Donetsk Xalq Respublikasının" və qondarma "Luqansk Xalq Respublikasının" müstəqilliyinin tanınması haqqında fərmanı imzalayıb. İmzalanma mərasimində adıçəkilən "respublikaların" nümayəndələri də iştirak ediblər.
Mərasimdə Rusiya ilə qondarma separatçıların hökumətləri arasında “dostluq” və “əməkdaşlıq” müqavilələri imzalanıb.
Fevralın 15-də Rusiya parlamentinin aşağı palatası Dövlət Duması Rusiya prezidenti Vladimir Putini Ukraynanın şərqində rusiyayönlü separatçılar tərəfindən yaradılmış qondarma administrasiyaları tanımağa çağıran qətnamə qəbul edib və qərarı Kremlə göndərib.
2014-cü ildə Ukraynanın şərqində Kiyev administrasiyasına baxmayaraq, rusiyayönlü separatçılar Ukrayna ərazisində "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" adlı iki qondarma hökumət yaradıblar.
Putin rus qoşunlarının Donetsk və Luqanska göndərilməsi barədə göstəriş verib
Rusiya prezidenti Vladimir Putin rus qoşunlarının "Donetsk və Luqansk Xalq Respublikaları" ərazisinə göndərilməsi barədə göstəriş verib.
Bu barədə Putinin çərşənbə axşamı imzaladığı “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası”nın (LXR) "müstəqilliyininin" tanınması haqqında fərmanlarda deyilir. Sənədlərin mətnləri hüquqi informasiya saytında yerləşdirilib.
Sənədlərə əsasən, Müdafiə Nazirliyinə Rusiya Federasiyası silahlı qüvvələrinin köməyi ilə Donetsk və Luqanskda “sülhməramlı funksiyaların həyata keçirilməsini təmin etmək” tapşırılıb.
"Qərar "DXR" və "LXR" rəhbərləri Denis Puşilin və Leonid Paseçnikin müraciətləri ilə əlaqədar qəbul edilib", - fərmanlarda deyilir.
Xarici İşlər Nazirliyinə respublikalarla diplomatik əlaqələr qurmaq tapşırılıb.
Rusiyanın "DXR" və "LXR" ilə müqavilələri bir-birinin ərazisində hərbi infrastrukturdan və hərbi bazalardan istifadə etmək hüququ verir, Donbass sərhədlərinin birgə mühafizəsini nəzərdə tutur.
Həmçinin Putin "DXR" və "LXR" ilə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb və Federal Məclisdən onları dərhal ratifikasiya etməyi xahiş edib.
"Çərşənbə axşamı saat 9:00-da Dövlət Dumasının MDB və beynəlxalq məsələlər üzrə komitələrinin birgə iclası keçiriləcək, saat 12:00-da isə sənədlər ratifikasiyaya təqdim olunacaq", - Duma komitəsinin rəhbəri Leonid Slutski bildirib.
Zelenski: Qəbul edilmiş qərarların nəticələrinə görə bütün məsuliyyət Rusiyanın üzərinə düşür
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın qondarma separatçı respublikaları tanımaq qərarı ilə bağlı sosial mediadan xalqa müraciət edib.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın qondarma separatçı hökumətləri tanımaq barədə qərarı ilə bağlı "Qəbul edilən qərarların nəticələrinə görə bütün məsuliyyət Rusiyanın üzərinə düşür" deyib.
Zelenski, Rusiyanın son hərəkətlərinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulması olduğunu qeyd edib.
Separatçıların tanınmasının Minsk razılaşmalarından birtərəfli qaydada çıxmaq və Normandiya formatında qəbul edilən qərarlara məhəl qoymamaq olduğunu qeyd edən Zelenski bu qərarın sülh səylərinə zərbə vurduğunu bildirib.
Bu gün və sabah veriləcək mümkün qərarlarla Rusiyanın 2014-cü ildən bəri Donbasdakı hərbi varlığını qanuniləşdirəcəyini qeyd edən Zelenski, Normandiya dördlüyü sammiti üçün təcili çağırış etdiklərini bildirib.
Zelenski tərəfdaşlarından aydın və təsirli addımlar gözlədiklərini qeyd edib.
Sərhədlərinin yaxşı qorunduğunu xatırladan Zelenski onların öz ərazilərində olduqlarını və heç nədən qorxmadıqlarını bildirib.
Zelenski qeyd edib ki, onun ölkəsi siyasi-diplomatik həllə sadiqdir.
Bölməyə aid digər xəbərlər