Bu ilin yanvar ayı ərzində Azərbaycana 3 milyon 167 min ABŞ dolları dəyərində 4 min 4 ton düyü idxal edilib.Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar ayı ilə müqayisədə 2022-ci ilin yanvar ayında idxal edilən düyünün statistik dəyəri 10,6%, həcmi isə 18% azalıb.
Qeyd edək ki, cari ilin yanvarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,32%-nə bərabər olub.



































