Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın sığorta bazarı 14% böyüyüb

Baxış: 272

Bu ilin yanvar ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 118 milyon 234 min manat məbləğində sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının tatistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 16 milyon 623 min manat təşkil edib. Bu isə illik müqayisədə 70,8% və yaxud 3,4 dəfə azdır.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,65 manat olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.