Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropa İttifaqı ötən il Azərbaycanın əsas ticarət tərəfdaşı olub - RƏSMİ

Baxış: 218
“Avropa İttifaqı (Aİ) ötən ildə 15,2 milyard ABŞ dolları dəyərində dövriyyə ilə Azərbaycanın əsas ticarət tərəfdaşı olub”.
Sahibkartv.az xəbər verir ki, bunu Aİ-nın və Dünya Bankının (DB) Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə İnzibati Sazişi imzalanması mərasimində iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev bildirib.
O, həmçinin deyib ki, hazırda Azərbaycanda Aİ-dan olan 1 700-dən çox şirkət fəaliyyət göstərir.
“Dünya Bankı ilə də sıx əməkdaşlığımız var. Bu vaxta qədər bu qurumdan 52 layihə üzrə 4 milyard dollardan artıq dövlət zəmanətli investisiya cəlb etmişik”, - nazir müavini əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.