Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qızılın qiyməti noyabr ayından bəri ən yüksək səviyyəyə çatıb

Baxış: 336
Qızılın qiyməti ABŞ-da inflyasiya və geosiyasi risklər fonunda noyabr ayından bəri pik həddinə çatıb.
Comex birjasında (CME Group-un bir hissəsi) qızılın qiyməti 1,49% artaraq 1 troya unsiyası üçün 1869,6 dollar təşkil edib. 
SAHIBKARTV.AZ ticarət platformasının məlumatlarına xəbər verir ki, qızılın qiyməti 19 noyabr 2021-ci ildən bəri ən yüksək qiymətə çatıb.
Analitiklər bildirirlər ki, qızılın qiyməti ABŞ-da rekord inflyasiya və geosiyasi risklər fonunda yüksəlir.
Bu ilin yanvar ayında ABŞ-da illik inflyasiya son 40 ilin ən sürətli tempi ilə artaraq 2021-ci ilin eyni dövrü ilə müqayisədə 7,5% artıb.
Bundan əlavə, Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya və Qərb ölkələri arasında yaranan geosiyasi gərginlik şəraitində investorlar qızıldan müdafiə aktivi kimi istifadə edirlər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.