Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Neftin qiyməti 2014-cü ilin payızından bəri ilk dəfə 96 dolları ötüb - "150 DOLLARA ÇATA BİLƏR" PROQNOZU

Baxış: 365
Londonun ICE birjasında hərraclar zamanı aprel fyuçersləri bir barel üçün 96,05 dollara yüksəlib
Ticarət məlumatlarına görə, Brent markalı neftin qiyməti bir barel üçün 96 dolları ötüb. Bu, 2014-cü il oktyabrın 1-dən bəri ilk dəfə baş verib.
Sahibkartv.az xəbər verir ki, Londonun ICE birjasında keçirilən ticarət zamanı Brent neftin qiyməti 96,05 dolları görüb.

Hazırda, Brent markalı neftin bir barreli 95,67 dollara satılır.
Fevralın 11-də Brent markalı neftin aprel fyuçersləri 2014-cü ilin oktyabrından bəri ən yüksək həddi - 95 dollar/barel keçmişdi.
Xammal son bir neçə həftə ərzində tədarük çatışmazlığı və tələbin bərpası səbəbindən bahalaşır. Şərqi Avropa və Yaxın Şərqdəki geosiyasi gərginlik də qiymət artımına səbəb olur. Xüsusən də Rusiyanın yaxınlaşan Ukraynaya müdaxiləsi ilə bağlı xəbərlər var.
"JPMorgan"ın analitikləri Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə Brent neftinin qiymətinin 150 dollar/barelə çata biləcəyini və bunun da qlobal ümumi daxili məhsulun (ÜDM) artımının ləngiməsinə və demək olar ki, iki dəfə inflyasiyaya səbəb ola biləcəyini proqnozlaşdırıblar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.