Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ticarət nümayəndəsi: “Rusiyanın regionları Azərbaycan məhsullarını almağa hazırdır”

Baxış: 239
“Rusiyanın regionlarının böyük hissəsi Azərbaycan məhsullarını gözləyir və bu məhsulları almağa hazırdırlar”.
“sahibkartv.az” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Zaqitoviç bu gün Xaçmazda “Aqroekspress” layihəsinin işə salınması çərçivəsində Ləcət stansiyasında ilk yük qatarının göndərilmə mərasimində deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanla Rusiya arasında həyata keçirilən “Aqroekspress” kimi layihələri dəstəkləyirik: "Bu layihə sayəsində Rusiyanın regionlarının Azərbaycan məhsullarını almaq imkanları şaxələndirilir. Əminəm ki, “Aqroekspress” layihəsi müntəzəm şəkildə həyata keçiriləcək və bu, bizim ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət göstərəcək”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.