Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda dünyanın ən hündür bayraq dirəyi quraşdırılacaq - FOTO

Baxış: 323
Dünyanın ən hündür bayraq dirəyi hazırlanır.
Sahibkartv.Az xəbər verir ki, layihəni Türkiyənin “Çimtaş” şirkəti həyata keçirəcək.
Belə ki, Azərbaycanın paytaxtı, küləklər şəhəri adlandırılan Bakıda quraşdırılacaq dünyanın ən hündür bayraq dirək platformasının ümumi hündürlüyü 191 metr olacaq.
Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.
İstehsalına 2021-ci ilin sentyabrında başlanan və daxili hissələrlə təchiz edilmiş bayraq dirəyinin Çimtaş şirkəti tərəfindən 2022-ci ilin aprel ayında Xəzər dənizi vasitəsilə daşınması gözlənilir. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.