Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

480 mindən çox məhkəmə qərarlarının icrası təmin edilib, 560 milyon manata yaxın vəsait ödətdirilib

Baxış: 825
Fevralın 11-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2021-ci ildə ədliyyə orqanları tərəfindən görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
 Ədliyyə Nazirliyinə itinadən xəbər verir ki, iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası ilə bağlı görülən işlər təhlil edilib.
Qeyd olunub ki, bu sahədə işin keyfiyyətinin yüksəldilməsi üzrə təsirli tədbirlər davam etdirilərək 480 mindən çox işin icrası təmin edilib, fiziki və hüquqi şəxslərə 560 milyon manata yaxın vəsait ödətdirilib.
Əhalinin həssas təbəqəsi olan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı aliment tələbi üzrə işlərə xüsusi diqqət yetirilib və bu sahədə müəyyən çətinliklərin olmasına baxmayaraq görülən zəruri icra tədbirləri nəticəsində 100 milyon manata qədər vəsaitin ödətdirilməsi təmin edilib.
Eyni zamanda, qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5.700-dək şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 3.300-dən çox nəfər inzibati qaydada həbs olunub. Görülmüş məcburi icra tədbirləri nəticəsində aliment, pul tələbi və digər ödəmələr üzrə məhkəmə qərarlarını icra etmiş 2.600-dən artıq borclunun üzərindən ölkəni tərk etmək məhdudiyyəti götürülüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.