Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Axşam və gecə işinə görə ödənişlərə aydınlıq gətirilib

Baxış: 399
“İşçi əsas iş yerindən başqa əlavə iş yerində də işləyə bilər”.
Bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.
O bildirib ki, sadəcə, işçinin əlavə iş yerində işləməsi həftəlik 20 saatdan, gündəlik isə 4 saatdan artıq ola bilməz:
“Gecə vaxtı yerinə yetirilən işə görə əməkhaqqının verilməsi üçün isə Nazirlər Kabinetinin qərarı mövcuddur. 74 nömrəli qərara əsasən, gecə vaxtı yerinə yetirilən işə görə işçiyə saat hesabı tarif maaşının 20%-i, çoxnövbəli işdə axşam növbəsinə görə 20%-i, gecə növbəsinə görə 40%-i həcmində əlavə haqq müəyyən edilir. Çoxnövbəli iş də hər növbənin saatı 8 saat müəyyən edilir. Növbələrin hər biri 8 saatdan ibarətdirsə, bu zaman axşam rejiminə görə maaşın 40%-i həcmində əlavə verilir”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.