22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
2021-ci ilin sonuna “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə işlər ümumilikdə 65 faiz tamamlanıb.
“BP Azərbaycan”dan Sahibkartv.Az-a verilən məlumata əsasən, hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Bildirilib ki, dənizdə Xankəndi gəmisinin sualtı kəsişmələri qoruma panellərini quraşdırması ilə sualtı quraşdırma işlərinə başlanıb. Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri davam edib - yuxarı göyərtənin paneli və helikopter meydançası qaldırılaraq üst modulların üzərinə quraşdırılıb, boru xətlərinin dikəldilməsi və hidrosınaq işləri, habelə kabellərin çəkilməsi irəliləyib.
Üst modulların və qazma qurğusunun mexaniki tamamlanması ilə bağlı təhvil işləri plan üzrə irəliləyib. Qazma avadanlıqlarının istismar sınaq işləri başlanıb və bu işlər 2022-ci il ərzində davam edəcək ki, üst modulların qaldırılması və barjın üzərinə sürüşdürülməsi əməliyyatınadək bitmiş olsun.
Yaşayış modullarının hamısı uğurla göyərtənin üzərinə quraşdırılıb. Bunun ardınca modulların birləşdirilməsi və daxili montaj işləri başlanılıb. Həmçinin dayaq blokunun tikintisində ayaq çərçivələrinin bükülməsi yekunlaşıb. Dayaq bloku qüllələrinin quraşdırılmasına başlanıb.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi davam edir - ayaq çərçivələrinin bükülməsi işləri yekunlaşıb, dayaq bloku qüllələrinin quraşdırılması işləri başlanıb.
İsrafil Hüseynov borudüzən gəmisi artıq platformanın sualtı neft və qaz xətlərinin tikintisinə başlayıb.
ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi ala bilməsi ilə bağlı “Şərqi Azəri” platformasında aparılan quraşdırma işləri də il ərzində davam edib.
Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.
Qeyd edək ki, 6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barel neftin hasil olunması proqnozlaşdırılır.
Bölməyə aid digər xəbərlər