Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qlobal bazarlarda bütün diqqət ABŞ-ın inflyasiyasına yönəlib - İNFLYASİYA PROQNOZU AŞARSA...

Baxış: 369
Qlobal bazarlarda bütün diqqət ABŞ-ın yanvar ayı inflyasiya məlumatlarına yönəlib. Bloomberg sorğusuna əsasən, istehlak qiymətləri indeksinin aylıq 0,4 faiz, illik isə 7,2 faiz artacağı gözlənilir. ABŞ-da illik istehlak inflyasiyası dekabrda 7 faiz olaraq açıqlanıb. Əgər illik inflyasiya proqnozlara uyğun olaraq 7,2 faizə yüksələrsə, 1982-ci ilin fevralından bəri ən yüksək həddə çatacaqdır.
Qlobal bazarlar ABŞ-da inflyasiya məlumatlarının açıqlanmasını gözləyərkən; ABŞ fyuçers indeksləri düşüb, Asiya səhmləri qarışıqdır, qızıl bahalaşıb.
Sahibkartv.az xəbər verir ki, qızıl dünən ABŞ-ın inflyasiya məlumatları ilə bağlı narahatlıqlar və Ukraynaya yönələn geosiyasi risklər fonunda son 2 həftənin ən yüksək səviyyəsinə yüksəlib.
ABŞ-ın yanvar ayı inflyasiya məlumatları bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq. Bloomberg sorğusuna əsasən, istehlak qiymətləri indeksinin aylıq 0,4 faiz, illik isə 7,2 faiz artacağı gözlənilir.
ABŞ-da illik istehlak inflyasiyası dekabrda 7 faiz olaraq açıqlanıb. Əgər illik inflyasiya proqnozlara uyğun olaraq 7,2 faizə yüksələrsə, 1982-ci ilin fevralından bəri ən yüksək həddə çatacaqdır.
Ərzaq və enerji istisna olmaqla CPI artımının aylıq 0,5 faiz, illik isə 5,9 faiz artması gözlənilir.
İnflyasiya məlumatları proqnozları aşarsa, bazarlar mart ayında ABŞ Federal Ehtiyat Sisteminin (FED- ABŞ Mərkəzi Bankı) aqressiv 0,50 bəndlik faiz artımına başlaya bilər. Bununla belə, fyuçers bazarları hazırda mart ayı üçün 0,25 bənd artımla qiymət qoyur.
Analitiklər bildirirlər ki, inflyasiyanı artıran amillərin əksəriyyəti hələ də mövcud olmaqdadır və bu səbəbdən qiymətlərin artmasının davam edəcəyi gözlənilir. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.