Day, Month 00, Year
00: 00: 00 AM

Alüminiumun qiyməti 13 ilin ən yüksək səviyyəsində

Londonda tələbin artması və bəzi zavodların bağlanması nəticəsində alüminiumun qiyməti 13 ilin ən yüksək səviyyəsinə çatıb.
London Metal Birjasında alüminiumun qiyməti 3,3 faiz də artaraq 2008-ci ildən bəri ən yüksək səviyyəyə - 3236 dollara çatıb.
Sahibkartv.az xəbər verir ki, pandemiyanın təsirindən xilas olmağa başlayan dünyada istehlakın artması ilə son aylarda nikeldən təbii qaza və neftə qədər bir çox xammal bahalaşır.
İnvestorlar alüminiumun qiymətinin 3 min 380 dollrdan yuxarı qalxacağını gözləyirlər ki, bu da bütün zamanların ən yüksək səviyyəsidir.
Çindən Avropaya qədər bir çox bölgədə alüminium zavodlarının bağlanması ilə alıcılar ehtiyatlarını tükətməyə başlayıblar.
"Goldman Sachs Group"un analitikləri qlobal ehtiyatların 2023-cü ilə qədər tükənəcəyini və alüminium qiymətlərinin də bu səbəbdən artdığını bildiriblər.


Tarix: 8-02-2022, 22:41 Oxunub: 153


Bölməyə aid digər xəbərlər