Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Goldman 2022-ci il üçün qızılın qiyməti proqnozunu açıqladı

Baxış: 403
Qlobal investisiya bankı "Goldman Sachs"ın strateqləri ABŞ-da faizlərin artdığı dövrdə qızılın yaxşı performans göstərdiyini qeyd edərək, qızılın qiymətinin 2022-ci ilin sonunda 2150 dollara çatacağını düşündüklərini bildiriblər. "Goldman Sachs"ın strateqləri, iqtisadi artımın yavaşlaması və artan inflyasiyanın 2022-ci ildə qızıla investisiya tələbini artıracağını, qızılın 12 aylıq qiymət proqnozunu bir unsiya üçün 2000 dollardan 2150 dollara yüksəltdiklərini bildiriblər.
Sahibkartv.az xəbər verir ki, ümumi investor gözləntilərinin əksinə olaraq ABŞ-da faiz dərəcələrinin yüksəldiyi dövrdə qızılın yaxşı performans göstərdiyini qeyd edən Goldman strateqləri, ABŞ-da iqtisadi artımın yavaşlaması və inkişaf edən ölkələrin alıcılıq qabiliyyətinin artması ilə qızıl qiymətlərinin dəstəklənəcəyini vurğulayıblar.

Qızılın 2021-ci ildə yüksək inflyasiyaya qarşı kifayət qədər müdafiə (qorunma) təmin etmədiyini bildirən strateqlər, bunun daha çox inflyasiyanın müvəqqəti nəzərə alınmasından qaynaqlandığını bildiriblər.
Qızılın geosiyasi risklərə qarşı effektiv qorunmaq vasitəsi olduğunu qeyd edən strateqlər, geosiyasi risklərin ABŞ iqtisadiyyatına birbaşa təsir etmədiyi təqdirdə bu qorunmanın daha zəif ola biləcəyini bildiriblər.
Risk iştahı aşağı olduqda qızılın inflyasiyadan qorunma təmin etdiyini bildirən strateqlər, risk iştahının yüksək olduğu zaman Bitcoin-in inflyasiyaya qarşı qoruma təmin etdiyini qeyd ediblər.
Hazırda qızılın 1 unsiyası 1818 dollardan ticarət olunur.
 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.