Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

66 milyard dollarlıq satınalma iflasa uğradı

Baxış: 592
"Nvidia"nın "Arm" almaq müqaviləsi uğursuz oldu
Amerikanın "Nvidia" korporasiyası, tənzimləyici orqanlar tərəfindən əməliyyat təsdiqləmədiyinə görə, Britaniyanın “Arm” şirkətinin alınmasından imtina etmək qərarına gəlib.
Sahibkartv.az xəbər verir ki, bu barədə çərşənbə axşamı anonim mənbələrə istinadən "Financial Times" qəzeti yazıb.
Məlumata görə, satınalmanın, ABŞ, Böyük Britaniya və Avropa İttifaqındakı antiinhisar tənzimləyicilərində yarımkeçiricilər bazarında rəqabətə potensial mənfi təsiri ilə bağlı narahatlıqlar yaratması ilə əlaqədar olaraq 66 milyard dollarlıq potensial müqavilə bazar ertəsi iflasa uğrayıb.
Yaponiyanın “Softbank” holdinqi "Arm"da böyük paya sahibdir.  Holdinq "Nvidia"  sövdələşməyə alternativ olaraq "Arm"ın səhmlərinin ilkin kütləvi təklifinə (İPO) hazırlaşır.
Şirkətlər potensial sövdələşməni 2020-ci ilin sentyabrında elan etmişdilər. 
2021-ci ilin fevral ayında "Google", "Microsoft" və "Qualcomm" "Nvidia" tərəfindən "Arm"ın alınması ilə bağlı ABŞ-ın antiinhisar tənzimləyicisinə şikayətlər ediblər. Bu korporasiyalar satınalmanın çip dizaynı və istehsalında rəqabətə zərər verə biləcəyindən narahatdırlar. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.