Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Beynəlxalq agentlik Cənub Qaz Dəhlizinin reytinqini TƏSDİQLƏDİ

Baxış: 208
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Cənub Qaz Dəhlizi QSC-nin yüksək səviyyəli təminatsız avrobondunun xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib.
Sahibkartv.Az-ın agentlikdən əldə etdiyi məlumata əsasən, bu, “Fitch Ratings”in səhmdar cəmiyyətin 2026-cı ilə qədər dövriyyədə olacaq və Azərbaycan Respublikası tərəfindən tam təminatlı (BB+/Stabil) 2 milyard ABŞ dolları həcmində avrobondlarına dair dəyişməz mövqeyini əks etdirir.
Bildirilib ki, səhmdar cəmiyyət 2021-ci ildə yeni borc götürməyib. Onun 2022-ci ildə nağd pula olan ümumi ehtiyacı tamamilə “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrindən əldə olunan gəlirlər hesabına ödəniləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.