Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pakistanın baş naziri Rusiyaya səfər edə bilər

Baxış: 448
Pakistanın baş naziri İmran Xan Rusiyaya səfər edə bilər.
Əgər bu baş verərsə İmran Xan son 23 ildə Rusiyaya ikitərəfli səfər edəcək ölkəsinin ilk hökumət başçısı olacaq.
Xanın Rusiyaya səfərinin bu ay baş tutacağı bildirilib.
Səfərin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə həyata keçiriləcəyi qeyd olunub.
Səfərin gündəliyində ikitərəfli əlaqələr, Əfqanıstandakı vəziyyət, o cümlədən müdafiə sahəsində əməkdaşlıq və “Pakistan axını” qaz kəmərinin təşviqi ilə bağlı danışıqların daxil ediləcəyi gözlənilir.
Qeyd edək ki, Sonuncu dəfə Pakistanın baş naziri Rusiyaya ikitərəfli səfərlə 1999-cu ilin martında səfər edib. O zaman bu vəzifəni Navaz Şərif icra edib.
Mənbə: “RİA Novosti”

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.