Day, Month 00, Year
00: 00: 00 AM
İsrail 'səhvən' qınadı

10:39 / 16-09-2024

Azərbaycanın enerji diplomatiyası Qərbin selektiv və marginal siyasətinə qarşı – ŞƏRH

Fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin sayca VIII toplantısı keçirilib. Məlum olduğu kimi, Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Cənub Qaz Dəhlizi Məşvərət Şurası” çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə Azərbaycanın qeyd olunan layihədə əsas rolunu təsdiqləyən mühüm amillərdən biri kimi qiymətləndirilir. Bu dəfəki toplantıda Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri iştirak ediridi ki, bu da özlüyündə tədbirin xüsusi əhəmiyyətini bir daha artırırdı.
Tədbir zamanı Azərbaycanın bölgədə enerji sektorundakı aparıcı rolu eləcə də Avropa ölkələri ilə Azərbaycanın enerji müstəvisindəki əməkdaşlığı haqqında mühüm məqamlar vurğulandı. İlk öncə qeyd etmək lazımdır ki, Azərbaycan artıq belə meqa layihələrdə etibarlı tərafdaş adını qazanmışdır. Bunu Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Qars neft və qaz kəmərlərinin icrası və istisamrı zamanı açıq şəkildə görmək olar. Trans- Adriatik- Qaz boru kəmərinin çəkilməsi və istifadəyə verilməsi isə bunu bir daha təsdiq elədi. 2020-ci ilin sonlarında bu xəttin son seqmentinin icra edilməsi ilə Azərbaycan qazı birbaşa olaraq Avropaya nəql olundu. Ötən dövr ərzində qeyd olunan xətt üzrə 19 milyard kub metr Azərbaycan qazı avropa ölkələrinə ixrac edilib. Bunun əsas hissəsi Türkiyə və İtaliyanın, yerdə qalan hissəsi isə digər üzv dövlətlərin payına düşüb.
Qeyd olunan tədbirin regionda gedən mürəkkəb geosiyasi konfiqurasiyalardan ibarət bir şəraitdə baş tutması və Avropanın bu tədbirə göstərdiyi xüsusi maraq prizmasından şərh edilməsi daha məqsədəuyğun olar. Belə ki, son zamanlar Qərblə Rusiya arasında baş verən kolliziyalar fonunda Avropanın enerji təchizatının davamlı olması ön plana çıxıb. Məlum olduğu kimi, Rusiya Avropanın əsas qaz təchizatçısıdır. Qərblə yaranmış qarşıdurmanın gözlənilməz bədbin ssenari üzrə davam edəcəyi halda, Avropa ölkələrinin Rusiyadan aldıqları qazın ya kəsilməsi ya da qiymətlərin qaldırılmasını proqnozlaşdırmaq olar. Belə olan halda, bəzi Avropa dövlətləri üçün bu çox gözlənilməz olacaqdır. Baxmayaraq ki, əksər Avropa dövlətləri NATO üzvüdür, eyni zamanda da Rusiya ilə ikitərəli müsbət dinamikalı əməkdaşlıqlar da mövcuddur. Belə bir mürəkkəb şəraitdə enerji təminatının sığortalanmasını təmin etmək həmin dövlətlər üçün olduqca vacibdir. Bu üfüqdə isə Azərbaycan olduqca əlverişli tərəfdaş rolunda çıxış edir. Bunun üçün Azərbaycanın kifayət qədər qaz ehtiyayı mövcuddur.
Son hesablamalara görə, Azərbaycanın isbat edilmiş qazının həcmi 2,6 trilyon kumbmetrdir. Azərbaycanın Xəzər dənizi sektorundakı ən böyük qaz yataqları kimi “Şahdəniz”in ehtiyatı bir trilyon kubmetr həcmində qiymətləndirilmiş, digər böyük yataq olan “Abşeron”nun isə istismara verildiyi birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasıl olacağı proqnozlaşdırılıb. Bunlara nisbətən kiçik olan “Babək” yatağında 400 milyard kubmetr, “Ümid” yatağında isə 200 milyard kubmetr qaz ehtoyatı təxmin edilib. Bu həcmdə qaz ehtiyatı Azərbaycana həm daxili təlabatı ödəməyə həm də qaz ixrac imkanlarını genişləndirməyə əlverişli şərait yaradır. Məhz bu rəqəmlər fonunda Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfər etməsi və ölkə başçısı ilə görüşərək yeni enerji strategiyasının konturlarını müəyyən edən danışıqlar aparması heç də təsadüfi sayıla bilməz.  Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığına dair 10 ildən çox təcrübə mövcuddur. Bunun uğurlu davamı qismində Cənub Qaz Dəhlizini göstəmək olar. Digər mühüm məqam isə Azərbaycanın bu məsələdə etibarlı tərəfdaşolmasıdır. Dünyada baş verən son hadisələr palitrasında Azərbaycan nerji təchizatı sahəsində öz tərədaşlarına qarşı daha loyal olmuş, qimət artımı, qazın kəsilməsi kimi süni sanksiyaların tətbiqinə və bu mövsunun siyasi rəng almasına yer verməmişdir. Məhz bu cəhət bir sıra Avropa dövlətlərini Azərbaycan qazının real müştərisinə çevirmişdir. Bunula yanaşı, azad olunmuş ərazilərdə “yaşıl enerji” zonalarının yaradılması və bu işdə Avropa İttifaqının Azərbaycana töhfəsi də mühümdür. Azərabycanla əməkdaşlığa dair yeni sazişin hazırlanmasında Avropa İttifaqının diqqətini çəkən məqamlar məhz bunlardan ibarətdir. Azərbaycanın gözləntiləri sırasında isə regionda yaranmış yeni geosiyasi reallığın düzgün qiymətləndirilməsi, Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi, ikitərəfli əməkdaşlıqda etibarın saxlanılması və Avropa məkanına siyasi və hüquqi cəhətdən inteqrasiya zamanı Azərbaycanın maraqlarının qorunması, selektiv və marginal siyasətin sərgilənməməsi kimi prinsipial məsələlər dayanır. Məhz bu məzmunda dünənki tarixdə Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Belə bir zamanda bu formatda görüşün keçirilməsinin əsas siyasi məqamlarının nədən ibarət olduğunu açıqlamq olduqca vacibdir.
Birincisi, Qarabağ müharibəsindən sonra Azərbaycana səfər edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında Azərbaycanla Ermənistana fərqli həcmdə maaliyə dəstəyinin göstərilməsi haqqında fikirlərin yer alması Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olmuşdur. Bu barədə ölkə başçısı öz fikirlərini 12 yanvar tarixində yerli KİV vasitələrinə verdiyi müsahibə zamanı belə bildirmişdir: “Biz çox təəccüb etdik ki, böyük dağıntılara məruz qalmış Azərbaycana cəmi 140 milyon, Ermənistana isə 2,6 milyard avro maliyyə paketi nəzərdə tutulur. Bu, ədalətsizlikdir. Hətta onu deyə bilərəm ki, dekabr ayında Brüsseldə İtaliya jurnalistinə müsahibə verərkən jurnalist məndən soruşdu ki, bu nə dərəcədə ədalətlidir. Yəni, bunu təkcə mən demirəm. Artıq bu Avropa məkanına yayılmış bir məsələdir. Mən bunu ictimai qaydada da dilə gətirmişəm həmişə. Bu, ədalətsizlikdir və bunun izahatı bizə lazımdır. Əgər bu ədalətsizlik həyatda öz əksini taparsa, əlbəttə ki, biz səssiz qalmayacağıq. Nəinki səssiz qalmayacağıq, bu, Avropa İttifaqı-Azərbaycan əlaqələrinə çox böyük mənfi təsir göstərəcək”. Görünən odur ki, Azərbaycanın bu ciddi mesajı lazım olan ünvana çatmışdır.
İkincisi, Fransanın Avropa İttifaqına sədrliyi qismində bu formatda çıxışı etməsi olduqca maraq doğurur. Çünki, həm müharibə zamanı, həm də müharibədən sonra Fransa açıq şəkildə Ermənistana tərəfkeşlik münasibəti nümayiş etdirdi. Baxmayaraq ki, Fransa ATƏT-in mövcud üç həmsədrindən biri idi. Fransa parlamentində və hətta bəzi şəhərlərdə “Dağlıq Qarabağın” statusunun tanınması kimi deletant siyasi addımlara da getdi. Fransa parlamentinin bəzi üzvlərinin gizli və ya açıq şəkildə Qarabağa Azərbaycanın icazəsi olmadan səfər etmələri və bu səfərlərin Azərbaycan tərəfindən aşkar olunaraq ifşa edilməsi fonunda Fransa parlamentində Azərbaycana qarşı ciddi təpkilərin göstərilməsi olduqca arzuolunmaz və diplomatik cəhətdən nəzakətsizlik kimi qiymətləndirilə bilər. lakin, bütün bunlara baxmayaraq, qarşıdan gələn seçkilərdə qələbə qazanmaq, daxili auditoriyaya hesablanmış çıxışlar vıə bu kimi digər cılız siyasi ambisiyalar enerji təhlükəsizliyi prizmasından elə də asan proyeksiya oluna bilmir. Məhz bu səbəbdən də Fransa Azərbaycanla münasibətlərin konstruktiv məcrada qurulmasına və yeni reallığın qəbulu müstəvisində inkişaf etdirilməsinə maraqlı olduğunu nümayiş etdirir. Görüş zamanı səslənən bəyanatlarda münaqişənin haqqında məlumatların yer almaması, Fransanın məhz ATƏT-in həmsədri kimi yox, yalnız Avropa İttifaqına sədrliyinə namizəd qismində çıxış eməsi bird aha onu deməyə əsas verir ki, Fransa ən son məqamda belə tərafdar çıxdığı Ermənistan sevgisini yaranabiləcək enerji ehtiyacına qurban vermişdir.
Ermənistanın bu platformada iştirakı sırf iştirak xarakteri daşıyır. Artıq belə bir rəy formalaşmışdır ki, istər üçtərəfli, istərsə də dördtərəfli görüşlər zamanı Ermənistan “ehtiyat təkər” funksiyasını yerinə yetirir. Ermənistanda baş verən son siyasi, iqtisadi və sosial proseslər və özünə gələ bilməyən dövlət və cəmiyyət sintezinin hələ uzun müddət bu funksiyanı ifadə edəcəyi fikrini deməyə əsas verir.     
Görüşün tərəflərindən biri kimi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı Azərbaycanın Brüssel platforması üzrə danışıqların davam etdirilməsində maraqlı olduğunu göstərir. Məhz bu platormanın uğurlu davamı kimi, Azərbaycana eləcə də Ermənistana UNESCO-nin missiyasının göndərilməsi, Azərbaycana 2 milyard yevro həcmində dəstəyin göstəilməsinin nəzərdə tutulması onu göstərir ki, Avropa İttifaqı da məhz bu platforma çərçivəsində əməkdaşlığa üstünlük verir. Azərbaycan tərəfindən, sərhədlərin delimitasiya və demarkasiya olunması, sülh sazişinin hazırlanması, ərazilərin minalardan təmizlənməsi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərinin yerinin və ya kütləvi məzarlıqlarının müəyyən edilməsi, Azərbaycana beynəlxalq dəstəyin artırılması və dəmi ryolu, avtomobil yolu və nəqliiyat dəhlizlərinin açılması kimi tələblərin səsləndirilməsi görüş gündəliyinin məhz Azərbaycanın xeyrinə tərtib və icra olunmasını bir daha sübut edir.


Tarix: 6-02-2022, 14:22 Oxunub: 168


Bölməyə aid digər xəbərlər