Day, Month 00, Year
00: 00: 00 AM
Biosensorlarla Tibb Həlli

16:47 / 09-12-2024

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu 2022-ci ildə daha da artacaq - ŞƏRH

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasında fəal iştirak edən ölkələrdəndir.
Bunu Sahibkartv.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib. 
O bildirib ki, 2020-ci ilin sonundan etibarən Azərbaycan Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə öz mavi qazını nəql edir, eyni zamanda 2021-ci ildə 7 milyard kubmetrdən artıq mavi qaz Avropa bazarına çıxarılıb:
“2022-ci ildə də Azərbaycan Avropaya 10 milyard kubmetrə yaxın mavi qaz nəql etmək niyyətindədir. Bütövlükdə, Cənub Qaz Dəhlizi vasitəsilə birinci mərhələdə Avropaya 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti 31,5 milyard kubmetrə qədər yüksələcək, bu da imkan verəcək ki, Azərbaycan regionun, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə versin.
İndiki halda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun artması həm də ölkəmizin regiondakı geosiyasi mövqeyinin daha da möhkəmlənməsi baxımından vacib hesab olunur. Hazırda Avropada enerji böhranı var. Rusiya və Ukrayna münasibətlərinin gərginləşməsi fonunda Avropanın mavi qaza tələbinin ödənilməsi xüsusilə müzakirə edilən məsələlərdəndir. Təbii ki, Azərbaycan Avropa bazarında hər hansı bir şirkətə və ya ölkəyə rəqib deyil.
Azərbaycanın məqsədi Avropada daha dayanıqlı bazara mavi qazı çıxartmaq, bununla da həm mavi qaz ixracatını həyata keçirmək, həm də Avropanın xüsusilə də Cənubi, sonrakı mərhələdə Mərkəzi-Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasında daha yaxından iştirak etməkdən ibarətdir”.
Vüqar Bayramov vurğulayıb ki, Azərbaycanın mavi qazı Avropanın təbii qaza daha çox tələbin olduğu ölkələrə ixrac olunur:
“Xüsusilə də Cənubi Avropa ilə yanaşı, Mərkəzi Şərqi Avropadan olan ölkələr Azərbaycan mavi qazından faydalanacaq. Artıq Bolqarıstanın daxili şəbəkə vasitəsilə illik 12 milyard kubmetrə yaxın Azərbaycan mavi qazını idxal etməsi praktik olaraq hazırlaşdırılıb. Rumıniya, Macarıstan kimi ölkələr, bütövlükdə Avropa Komissiyası və digər Mərkəzi Şərqi Avropa ölkələrinin də Cənub Qaz Dəhlizindən faydalanmaqda maraqlıdır. Həmin ölkələrin Azərbaycandan aldığı mavi qaz gələcəkdə xüsusilə də Mərkəzi Şərqi Avropada yerləşən ölkələrin tələbinin yarıdan çoxunu formalaşdıra biləcək. Bu praktik olaraq Azərbaycandan mavi qaz alan ölkələrin enerji təhlükəsizliyində xüsusi bir töhfə olacaq. Avropada enerji böhranın davam etdiyini nəzərə alsaq Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun 2022-ci il daxil olmaqla növbəti illərdə daha da artacağı gözlənilir”.
Millət vəkili qeyd edib ki, Cənub Qaz Dəhlizi Azərbaycan üçün həm də iqtisadi layihədir, çünki bu layihə Azərbaycanın valyuta gəlirlərinin artmasına imkan verəcək:
“İlkin qiymətləndirmələrə görə, Azərbaycanın Cənub Qaz Dəhlizinin reallaşmasından 100 milyard dollardan artıq gəlir əldə edəcəyi proqnozlaşdırılır”.


Tarix: 5-02-2022, 15:03 Oxunub: 201


Bölməyə aid digər xəbərlər