Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycandakı 2 Türkiyə bankı kreditləri 100 milyon manata yaxın artırıb

Baxış: 335
Hazırda Azərbaycanda 2 Türkiyə bankının törəmələri – “Yapı Kredi Bank Azərbaycan” QSC və “Ziraat Bank Azərbaycan” ASC fəaliyyət göstərirlər.
Sahibkartv.az xəbər verir ki, ötən il bu iki bankın cəmi kredit portfeli 98 milyon 464 min manat artaraq 406 milyon 126 min manata çatıb.
Belə ki, “Ziraat Bank Azərbaycan” tərəfindən 2021-ci ildə müştərilərə verilmiş kreditlər 2020-ci illə müqayisədə 72 milyon 903 min manat və ya 46% artaraq 231 milyon 212 min manata yüksəlib. 2020-ci ilin sonunda “Ziraat Bank Azərbaycan” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 158 milyon 309 min manat təşkil etmişdi.
“Yapı Kredi Bank Azərbaycan” tərəfindən 2021-ci ildə müştlrəilərə verilmiş kreditlər 2020-ci illə müqayisədə 25 milyon 561 min manat və ya 17,1% artaraq 174 milyon 914 min manata yüksəlib. 2020-ci ilin sonunda “Yapı Kredi Bank Azərbaycan” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər149 milyon 352 min manat təşkil etmişdi. Ötəən il “Yapı Kredi Bank Azərbaycan”ın biznes kreditləri portfeli 20 milyon 976 min manat artaraq 117 milyon 256 min manata yüksəlib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.