16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
19:19 / 17-01-2025
19:00 / 17-01-2025
18:52 / 17-01-2025
18:23 / 17-01-2025
18:00 / 17-01-2025
Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayıb. Bank faiz dərəcələrini bazar proqnozlarına uyğun olaraq sabit saxlayaraq, pandemiya aktivlərinin alış proqramı (PEPP) çərçivəsində xalis alışların əvvəlki rüblə müqayisədə yavaşlayacağını bildirib. Aktiv alış proqramı çərçivəsində aylıq alışlar da rüblük azaldılacaq.
Avropa Mərkəzi Bankı faiz dərəcələrini bazar gözləntilərinə uyğun olaraq dəyişməyib.
Marja xəbər verir ki, Bank siyasət faizini 0 faiz, marjinal maliyyələşdirmə faizini 0,25 faiz, depozit faizini isə mənfi 0,50 faiz səviyyəsində saxlayıb.
Qərar mətnində pandemiya aktivlərinin alış proqramının (PEPP) birinci rübdə əvvəlki rüblə müqayisədə daha yavaş templə davam edəcəyi vurğulanıb. Proqram çərçivəsində satınalmaların mart ayında yekunlaşacağı bildirilib.
Qərarda, aktiv alış proqramının (APP) ikinci rübdə ayda 40 milyard avro, üçüncü rübdə isə 30 milyard avro olacağı qeyd edilib.
Bildirilib ki, bu proqram çərçivəsində xalis alışlar oktyabr ayından etibarən 20 milyard avro təşkil edəcək.
Qərarın mətnində qeyd olunub ki, iyun ayında banklar üçün uzunmüddətli borclanma ilə bağlı xüsusi şərtlər ləğv ediləcək.
Qərarın mətnində bank əlavə edib ki, inflyasiya daimi olaraq 2 faizlik səviyyədə qərarlaşana qədər faiz dərəcələri artırılmayacaq.
Qeyd edək ki, İngiltərə Mərkəzi Bankı da faiz qərarını açıqlayıb. Müvafiq olaraq, bank siyasət faizini 25 bənd artıraraq 0,50%-ə yüksəldib. Bununla yanaşı, Bank 20 milyard funt sterlinqlik korporativ aktivlərin satınalma proqramını 2023-cü ilin sonuna qədər bitirmək qərarına gəlib.
Bölməyə aid digər xəbərlər