Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avro zonasında rekord inflyasiya

Baxış: 330
Avrozonada inflyasiya yanvar ayında illik 5 faizdən 5,1 faizə yüksələrək rekord qırıb. Enerji qiymətlərindəki artım inflyasiyanın artmasına səbəb olub.
Sahibkartv.az Eurostat-ın məlumatına istinadən xəbər verir ki, yanvarda Avrozonada inflyasiya proqnozları üstələyərək illik 5,1 faiz təşkil edib.
Bloomberg-in sorğusuna qatılan iqtisadçıların təxmini 4,4 faiz təşkil edirdi.
Gözləniləndən daha yüksək məlumatlar Avropa Mərkəzi Bankının (ECB) pandemiya təşviqlərini azaltmaq planını həyata keçirəcəyinə dair gözləntiləri artırıb. ECB sədri Christine Lagarde tez-tez qiymət artımlarının müvəqqəti olduğunu bildirir.
ECB rəsmiləri inflyasiyanın 2023 və 2024-cü illərdə 2 faiz hədəfindən aşağı düşəcəyini proqnozlaşdırır, lakin səlahiyyətlilər, lazım gələrsə, bu mövzuda mövqelərini dəyişəcəklərini bildirirlər.
ECB-nin açıqlamalarının əksinə olaraq pul bazarlarında faiz artımı gözləntiləri yüksəlib. Bazarlarda ilin sonuna qədər faizin 25 bənd artırılacağı gözlənilir. Bloomberg-in sorğusuna qatılan bir çox iqtisadçı ilk faiz artırımının 2023-cü ilin sentyabrında olacağını gözləyir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.