22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
İndiki zamanda, yəni süni qiymət artımı olduğu bir dövrdə Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanın daxili iqtisadiyyat bazarına təsirini göstərəcək.
Bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov “Report”un sorğusuna cavab verərkən bildirib.
“Bu məcəllə həm inhisarçılığı müəyyən qədər aradan qaldıracaq, həm də qiymət siyasətinə təsir edəcək. Mal idxalına da təsiri olacaq. Azərbaycanda istənilən adam öz biznesini qurub rahat mal gətirib sata bilər və demək olar ki, heç bir inhisarçılıq baş verə bilməz”, - millət vəkili hesab edir.
Deputat bildirib ki, bu məcəllə qəbul olunandan sonra mütləq Rəqəbət Agentliyi yaradılmalıdır:
“Mütləq hansısa bir orqan yaradılmalıdır ki, bu işləri tənzimləsin. Bu qurum da birbaşa ölkə başçısına tabe olmalıdır, çünki burada bazar iqtisadiyyatının çox ciddi inkişafından söhbət gedir. Bu, bazara çox böyük təsir edəcək bir qanun olacaq”.
V. Əhmədov hesab edir ki, bu məcəllə azad rəqabət qurmaq üçün çox əhəmiyyətlidir: “Bu məcəllənin bir nüsxəsi məndə var. Çox gözəl hazırlanıb. Mütəxəssislər bunun üzərində çox yaxşı işləyiblər. Bu məcəllə qəbul olunmalıdır”.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi müəyyən dəyişiklikləri etdikdən sonra Rəqabət Məcəlləsi layihəsini razılaşdırılmaq üçün Maliyyə və Ədliyyə Nazirliklərinə təqdim edib.
Azərbaycan parlamenti 14 dekabr 2017-ci il tarixində keçirilən iclasda həmin dövrdə İqtisadi İnkişaf Nazirliyinin hazırladığı Rəqabət Məcəlləsi layihəsini ikinci oxunuşda qəbul edib. Lakin, daha sonra nazirlik Məcəllənin layihəsini mühüm dərəcədə işləyib başa çatdırmağa dair qərar qəbul edib. Həmin dövrdən sənəd parlamentdə müzakirə olunmayıb.
Bölməyə aid digər xəbərlər