Day, Month 00, Year
00: 00: 00 AM

Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

2022-ci ilin yanvar ayında Azərbaycanda pul bazası 3 milyard 893,7 milyon manat artaraq 14 milyard 44,2 milyon manata düşüb. Dekabrda pul bazası 3 milyard 658,5 milyon manat artaraq 17 milyard 937,6 milyon manata yüksəlmişdi.
Sahibkartv.az Mərkəzi Banka istinadən xəbər verir ki, Yanvarın sonunda pul bazası 2021-ci ilin Noyabr ayının sonundakı səviyyədən də aşağı düşüb.  
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası, milyon manat ilə
31.01.2022     14044.2
30.12.2021     17937.6
30.11.2021     14279.1
29.10.2021     14621.2
30.09.2021     14498.7
31.08.2021     14172.3
30.07.2021     14213.4
30.06.2021     13803.0
31.05.2021     13856.8
30.04.2021     13281.6
31.03.2021      13315.0
26.02.2021      12863.0
29.01.2021      12782.0
30.12.2020      13564.2


Tarix: 1-02-2022, 15:43 Oxunub: 116


Bölməyə aid digər xəbərlər