Day, Month 00, Year
00: 00: 00 AM
Hakan Fidan Bakıya gəlib

11:10 / 18-01-2025

Dayanıqlı Sahibkarlıq

20:00 / 17-01-2025

Metaverse Sahibkarlıq

16:38 / 17-01-2025

Maliyyə Nazirliyi istiqrazların yerləşdirilməsilə 52,5 milyon manat cəlb etdi

1 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106004945 ISIN-li, 35 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 94.5828 AZN (6%) və 100.0840  AZN (3.97%) olan 14 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.9285 AZN (4.749%), orta ölçülmüş qiyməti 99.6668 AZN (4.1192%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 127 milyon 618 min 800 manat, yerləşdirilmiş həcmi isə 52 milyon 500 min manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 28 yanvar 2025-ciildir.
Hərrac iştirakçıları 2 fevral 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.


Tarix: 1-02-2022, 15:35 Oxunub: 180


Bölməyə aid digər xəbərlər