22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il noyabrın 1-nə dövriyyəyə buraxdığı yeni istiqrazlarına görə ilk faiz ödənişini həyata keçirib.
Bu barədə Sahibkartv.Az-a “SOCAR Capital” MMC-dən məlumat verilib.
Bildirilib ki, 100 milyon ABŞ dolları məbləğində buraxılmasına baxmayaraq, 400 milyon dollara yaxın tələbat olmuş bu istiqrazlar artıq sahiblərinə 1,125 milyon dollar gəlir gətirib.
Xatırladaq ki, nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazın tədavül müddəti 5 il, illik gəlirliliyi isə 4,5 faizdir. Faizlər rübdə bir dəfə ödənilir.
İstiqrazların dövriyyəyə buraxıldığı ilk üç ay ərzində onlarla 17 milyon dollarlıq təkrar bazar əməliyyatı aparılıb, 100-dən çox əqd bağlanılıb, istiqrazlar “Bakı Fond Birjası” QSC-də ən çox ticarət olunan korporativ qiymətli kağıza çevrilib, bu günə qədərki ən yüksək qiymət olan (1-ci SOCAR İstiqrazları da daxil) 1 090 dollardan alqı–satqı əməliyyatları baş tutub. Bütün bunlar isə SOCAR-ın yeni istiqrazlarına olan yüksək tələbatın davam etməsindən xəbər verir.
İstiqraz sahibləri uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqrazlarını müvafiq bankda girov qoymaqla, 14-15 faizlə manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 4,5 faizlik gəlirlərini itirmir və götürdükləri kreditin faktiki faiz dərəcəsi 9-10 faizə düşür.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi bu il mayın 1-də baş tutacaq.
Bölməyə aid digər xəbərlər