Azərbaycan Mərkəzi Bankı avtomobil kreditlərində ilkin ködəniş nisbətinin azaldılması üzrə araşdırmalar aparılır.Bunu Sahibkartv.az-a Mərkəzi BankınBeynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru Leyla Nəbiyeva bildirib.
“Xüsusilə, elektrikli və hybrid avtomobillərin kreditləşdirliməsində müəyyən yeni normativlərin və güzəştlərin tətbiq edilməsi imkanlarını araşdırırıq”, -o deyib.
Qeyd edək ki, avtomobi dilerləri avtomobil krediti üzrə ilkin ödəniş tələbinin yeni avotomobillər üzrə hazırkı 40%-dən 20%-dək endirilməsini təklif edirlər. Avtomobil satıcıları iddia edirlər ki, aşağı ilkin ödəniş tələbi yeni avtomobillərin satışına təkan verəcək və Azərbaycanın avtomobil parkı "cavanlaşacaq".





































